ABŞ Energetika Nazirliyi 2023-cü ildə "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82,95 ABŞ dollarından 85,01 dollaradək yüksəldib.
Fins.az ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə neftin qiyməti 81,21 dollar təşkil edə bilər (öncəki proqnoza əsasən 77,57 dollar).
Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2023-cü ildə 79,24 dollar (öncəki proqnoz – 77,1 dollar), 2024-cü ildə isə 75,25 dollar (öncəki proqnoz – 71,57) səviyyəsində olacağı ehtimal olunur.
Qeyd olunur ki, ötən il "Brent"in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.
©apa