Türkiyədə inşaat dəyəri indeksi 2023-cü ilin fevral ayında bir əvvəlki aya görə 2,08%, keçən ilin eyni ayına görə isə 72,37% artıb.
Bu barədə Fins.az "Habertürk"ə istinadən xəbər verir.
Əvvəlki ayla müqayisədə maddi göstərici 3,43 % artıb, əmək indeksi isə 1,20 % azalıb.
Bundan başqa, keçən ilin eyni ayına nisbətən maddi göstərici 62,52%, əmək indeksi isə 103,99 %artıb.
Qeyri-tikinti strukturlarının tikinti dəyəri indeksi bir əvvəlki aya görə 0,94%, keçən ilin eyni ayına görə isə 67,94 % artıb.
Zəminə Hüseyn
Fins.az