Yapon firması 1 mart 2022-ci il və 28 fevral 2023-cü il tarixlərində satışlarının əvvəlki illə müqayisədə 35 faiz artaraq 11,8 trilyon yenə (90 milyard dollar) çatdığını açıqlayıb.
Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, şirkət rekord satışlarla illik satışları 10 trilyon yeni keçən ilk Yapon pərakəndə satışçısı olub.
Həmin dövrdə Yaponiya şirkətinin xalis mənfəəti 33,3 % artaraq 280,9 milyard yenə (2,12 milyard dollar) çatıb.
2021-ci ildə ABŞ-da yerləşən "Speedway" mağazasının alınması ilə xaricə satışların artması şirkətin illik satış rekorduna müsbət təsir edib.
Zəminə Hüseyn
Fins.az