Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin bu ilin birinci rübündə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 95,7% azalıb.
Fins.az xəbər verir ki, bu barədə korporasiyanın rəsmi saytında məlumat dərc edilib.
Hesabat dövründə şirkətin əməliyyat gəlirləri təxminən 454 milyon dollar təşkil edib. Bu, 2009-cu ilin birinci rübündən bəri ən pis göstəricidir. 2022-ci ilin birinci rübündə "Samsung Electronics"in əməliyyat gəlirləri təxminən 10 milyard dollar təşkil edib.
Əvvəlki rüblə müqayisədə satışlar isə 10,59% azalıb .
