DÜNYA

31 Mart

Dünya Bankı: \"Qlobal ticarət həcmi azalacaq\"

"Dünya ticarətinin həcmi bu il azalacaq və bu, ən yoxsul ölkələrin iqtisadiyyatına ciddi təsir göstərəcək".

Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının prezidenti Devid Malpas məlumat açıqlayıb.

"2023-cü ildə qlobal ticarətin həcminin azalacağı təəccüblü deyil. Mövcud tendensiyalar davam edərsə, beynəlxalq ticarət ciddi şəkildə sarsılacaq. Ticarətin azalması dünya iqtisadiyyatı, xüsusən də ən yoxsul ölkələr üçün əlavə çətinliklər yaradacaq.

Dünyanın ən yoxsul ölkələrinin yarısından çoxu borc sıxıntısı içərisindədir və ya yüksək risk altındadır. Qabaqcıl iqtisadiyyatlarda inflyasiya və yüksək faiz dərəcələri inkişaf etməkdə olan ölkələr üçün kapital çatışmazlığına gətirib çıxarır, valyutanın ucuzlaşmasına və daha yüksək faiz dərəcələrinə səbəb olur"- məlumatda deyilir.