DÜNYA

27 Mart

Almaniyada son 31 ilin ən böyük tətili

Almaniyanın ən böyük həmkarlar ittifaqlarından biri olan Birləşmiş Xidmət Sənayesi Birliyi (Ver.di) və Dəmiryol İşçiləri Həmkarlar İttifaqının (EVG) çağırışından sonra nəqliyyat sektorunda çalışanlar işəgötürənləri daha yaxşı gəlirə məcbur etmək üçün gecə yarısından etibarən 24 saatlıq tətil aksiyasına başlayıblar.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Tətil aksiyası səbəbindən Almaniyanın ən böyük hava limanlarında bir çox uçuşlar ləğv edilib.

Ölkənin ən böyük hava limanlarından biri olan Münhen və Frankfurta uçuşlar dayandırılarkən, Almaniyanın Deutsche Bahn dəmir yolu şirkəti uzun məsafəli dəmir yolu xidmətlərini ləğv edib.

Avropanın ən böyük iqtisadiyyatında milyonlarla avtomobil və sərnişin, eləcə də yük daşımalarının böyük hissəsi 24 saatlıq tətildən təsirlənir. Alman polisi səhər saatlarında 7 ştatda böyük tıxacların olduğunu bildirib.

Zəminə Hüseyn
Fins.az