DÜNYA

27 Mart

Türkiyədə 2022-ci ildə tikinti materiallarının ixrac həcmi 11 % azalıb

Türkiyə 2022-ci ildə tikinti materialları sənayesi 33,74 milyard dollarlıq ixracat həyata keçirib. 

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Türkiyə İnşaat Materialları Sənayeçiləri Dərnəyinin (Türkiyə İMSAD) İdarə Heyətinin sədri Tayfun Küçükoğlu bildirib ki, tikinti materialları sənayesi 2022-ci ildə 33,74 milyard dollar dəyərində 57,65 milyon ton ixrac həyata keçirib.

Zəminə Hüseyn
Fins.az