DÜNYA

27 Mart

Çində sənaye şirkətlərinin gəlirləri azalıb

Çində sənaye şirkətlərinin gəlirləri ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% azalıb.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Eyni dövrdə xarici sənaye şirkətlərinin mənfəətində də 36 %-ə qədər azalma olub.

Çində sənaye sektorunda sərt Kovid tədbirləri ilə bağlı hələ tam bərpa olunmaması və qiymətlərin enmə tendensiyası ilə sənaye şirkətlərinin mənfəətində kəskin geriləmə müşahidə edilib.

Eyni dövrdə özəl sənaye şirkətlərinin mənfəəti 19,9 % azalarkən, dövlət şirkətlərindəki azalma nisbəti 17,5% olub.

Ölkədə 2022-ci il ərzində sənaye şirkətlərinin mənfəəti 4% azalıb.

Zəminə Hüseyn
Fins.az