DÜNYA

27 Mart

\'\'LG Energy\'\'-dən ABŞ-da 5,5 milyard dollarlıq batareya investisiyası

Cənubi Koreyanın LG Energy Solution (LGES) akkumulyator şirkəti ABŞ-da elektromobillər və saxlama sistemləri üçün akkumulyatorların istehsalına 7,2 trilyon won (təxminən 5,5 milyard dollar) sərmayə qoyacaq.

Bu barədə Fins.az Bloomberg-ə istinadən xəbər verir.

LGES verdiyi açıqlamada, qlobal inflyasiyaya bağlı xərc artımları səbəbiylə keçən il dayandırdığı ABŞ-da investisiyalarına davam edəcəyini bildirib.

Bu çərçivədə dünyanın qabaqcıl akkumulyator istehsalçılarından biri olan şirkət ABŞ-ın Arizona ştatında elektrikli avtomobillər üçün 2170 tip lityum-ion batareya elementi istehsal edəcək bir obyekt inşa edəcək. 3,2 milyard dollar sərmayə ilə qurulacaq fabrikin istehsal gücü 27 giqavat saat olacaq.

LGES bu il ABŞ-da başda Tesla olmaqla elektrikli avtomobillər üçün akkumulyatorlar istehsal edəcək obyektin tikintisinə və kütləvi istehsala 2025-ci ildə başlamağı planlaşdırır.

Zəminə Hüseyn
Fins.az