DÜNYA

19 Mart

Türkiyədə prezident  seçkilərinə start verildi

Türkiyədə prezident və parlament seçkiləri üzrə kampaniyaya start verildi.

Fins.az xəbər verir ki, Ali Seçki Şurasının qərarına əsasən, prezidentliyə namizədliyin irəli sürülməsi prosesi martın   19-dan 23-dək davam edəcək. Namizədlərin siyahısı martın 31-də dərc olunacaq və bundan sonra onlar rəsmən seçki təbliğatına başlaya biləcəklər. Seçkilərdə iştirak edəcək partiya və koalisiyaların namizədlərinin siyahısını martın 24-ü, günün sonuna qədər MSK-ya təqdim olunmalıdır.

Hakim partiyanın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğandır. Onun əsas rəqibi müxalif ümhuriyyət alq Partiyasının lideri Kamal Kılıçdar oğlu sayılır. Analitiklər qalibin müəyyənləşdirilməsi üçün seçkilərin ikinci turunun keçiriləcəyini istisna etmirlər.

Eyni zamanda, daha bir neçə siyasətçi seçkilərdə iştirak etmək barədə qərar qəbul edib. Onların arasında Məmləkət partiyasının sədri Muharrem İnce, ATA partiyasının lideri Sinan Oğan, seçkiöncəsi Türkiyə blokunun rəhbəri, ölkənin sabiq prezidenti Turgut Özalın oğlu Ahmet Özal da var.

Xatırladaq ki, prezident seçkilərinin ilk turunda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda ilk turda ən çox dəstək alan iki namizədin iştirakı ilə ikinci tur təyin olunacaq. İkinci turda daha çox səs qazanan namizəd 5 il müddətinə Türkiyə prezidenti seçiləcək. Parlament seçkilərində ən azı 5 faiz səs toplayan partiyalar və alyanslar prezident postuna namizəd irəli sürə bilər. Müstəqil namizədlər isə bunun üçün 100 min imza toplamalıdır.