DÜNYA

18 Mart

Ukraynada inflyasiya azalıb

Ukraynada ötən ay illik inflyasiya 24,9% təşkil edib. Bununla da ölkədə inflyasiya səviyyəsi ardıcıl ikinci aydır ki, azalıb.

Fins.az xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının (MBU) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, inflyasiyanın azalmasına ərzaq və yanacaq tədarükünün artması, enerji sisteminin sürətlə bərpası və istehlak tələbinin zəifləməsi şərait yaradıb.