DÜNYA

17 Mart

Argentinadan 300 baza bəndi artımı

Argentina Mərkəzi Bankı (BCRA) ölkədə inflyasiya üç rəqəmli rəqəmə çatdıqdan sonra faiz dərəcələrini 300 baza bəndi artıraraq 75 %-dən 78 %-ə qaldırıb.

Bu barədə Fins.az ''Bloomberg''-ə istinadən xəbər verir.

Argentina Mərkəzi Bankının İdarə Heyəti illik inflyasiya son 30 ildən artıq müddətdə ilk dəfə 100 %-ə çatdıqdan sonra cümə axşamı ölkənin etalon faiz dərəcəsini 300 bənd artıraraq 75%-dən 78 %-ə qaldırıb.

Zəminə Hüseyn
Fins.az