Avropa İttifaqı (Aİ) Şurası 27 üzv ölkənin maliyyə nazirlərinin Brüsseldə keçirilən iclasının yekununda bəyanat yayıb.
Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Müvafiq olaraq, Aİ sazişlərində üzv dövlətlərin büdcə kəsirləri ÜDM-nin 3%-dən, dövlət borcları isə ÜDM-nin 60%-dən çox olmadıqda referans dəyərləri dəyişdirilməyəcək.
Borcun ÜDM-in 60 faizini keçdiyi halda səmərəli mübarizə aparılacaq. Qeyd edək ki, yeni qaydaların tam təfərrüatları hələ müəyyən edilməmişdir. Üzv dövlətlər arasında müzakirələr davam etdiriləcək.
Aİ-yə üzv ölkələr arasında dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkələr 178,2 %-Yunanıstan, 147,3 % İtaliya, 120,1 % Portuqaliya, 115,6 % İspaniya, 113,4 % Fransa və 106,3% Belçikadır. Hətta Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada belə bu nisbət 66,6 % -dir.
Zəminə Hüseyn
Fins.az