DÜNYA

15 Mart

Çində sənaye istehsalı

Kovid məhdudiyyətlərinin aradan qaldırılmasından sonra Çin iqtisadiyyatı 2023-cü ilin ilk iki ayında bərpa olunsa da, sənaye istehsalının gözləntilərə cavab verməməsi bərpanın qeyri-sabit olduğunu göstərdi.

Fins.Az “Bloomberg”ə istinadən xəbər verir ki, yanvar-fevral dövründə ölkədə pərakəndə satışlar gözləntilərə uyğun olaraq küçən ilin eyni dövrünə görə 3,5% artdı. Dekabrda isə pərakəndə satışlar 1,8 % azalıb.

Sənaye istehsalı isə eyni dövrdə illik  2,4 % artaraq,  2,6 % olan gözləntilərin altında qaldı. İşsizlik nisbəti 5,3% olaraq gözləntiləri aşıb  5,6 % oldu. Həmçinin, ölkədə mənzil satışı da iki ayda illik müqayisədə 3,5% artıb.

Zəminə Hüseyn
Fins.az