Son 50 ildə dünyada baş verən və yüz minlərlə insanın ölümünə səbəb olan dəhşətli zəlzələlərin iqtisadi zərəri 1 trilyon dollara çatır.
Fins.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, son 50 ildə dünyada baş verən ən güclü zəlzələlərdən biri Yaponiyada baş verib.
Belə ki, Yaponiyada 2011-ci ildə baş verən 9,1 bal gücündə olan Tohoku zəlzələsi 360 milyard dollarla ən çox iqtisadi itki verən zəlzələ olub. Zəlzələ və ardınca baş verən sunami nəticəsində 20 min insan həyatını itirib, 70 milyon kubmetrdən çox dağıntı sahəsi yaranıb. Sığorta İnformasiya İnstitutunun məlumatlarına görə, səbəb olduğu iqtisadi zərərin 47 milyard dollarını sığorta ilə qarşılayan Tohoku zəlzələsi dünya tarixində ən yüksək sığortalı zəlzələ olaraq da qeydə alınıb.
1995-ci ildə Yaponiyada baş verən 6,9 bal gücündə Böyük Hanşin zəlzələsi 6400-dən çox insanın ölümünə səbəb olarkən, zəlzələnin iqtisadi dəyəri 200 milyard dollar olaraq hesablanıb.
2008-ci ildə Çində baş verən 8 bal gücündə zəlzələdə 87 mindən çox insan həyatını itirib Bu zəlzələnin iqtisadi zərəri isə 150 milyard dollara çatıb.
1994-cü il yanvarın 17-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən 6,7 bal gücündə Nortrid zəlzələsi ölkə iqtisadiyyatına 50 milyard dollar zərər vurubdur. Bu zərərin 31 milyard dolları sığorta ilə qarşılanarkən, Nortrid zəlzələsi Tohokudan sonra ikinci ən çox sığortalanan zəlzələ olub.
Mərkəzi Türkiyənin Kahramanmaraş şəhəri olan zəlzələlərdən zərər çəkən Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniyə, Hatay, Kilis, Malatya və Elazığda martın 4-dək 45 min 968 nəfər həyatını itirib. Türkiyə Sahibkarlar və İş Dünyası Konfederasiyası Kahramanmaraş mərkəzli zəlzələlərin 84,1 milyard dollar maddi ziyana səbəb olacağını proqnozlaşdırıb.
Dünya Bankı Kahramanmaraş mərkəzli zəlzələlərin birbaşa maddi ziyanının 34,2 milyard dollara çata biləcəyini, dağıntıların təmizlənməsi və yenidən qurulması xərclərinin isə bundan iki dəfə çox ola biləcəyini proqnozlaşdırıb.