Almaniyada maraqlı meyillər müşahidə olunur.
Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Ukraynada gedən müharibə Aİ ölkələrində enerji böhranına səbəb olmaqla bərabər, Almaniyanın enerjitutumlu sənaye müəssisələrində istehsalın nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb.
Ötən il sənayenin bu sahələrində istehsalın həcmi əvvəlki ilin göstəriciləri ilə müqayisədə 6,8 faiz azalıb. İlin ikinci yarısında azalma daha çox nəzərə çarpıb. Məsələn, kimya, şüşə, kağız, metallurgiya sənayesi kifayət qədər enerjitutumlu sahələr hesab edilir. Daha az elektrik enerjisi və qaz tələb olunan sənaye sahələrində isə bütövlükdə il üzrə cəmi 0,1 azalma qeydə alınıb.
Aqrar sektorda ciddi dəyişiklər olmayıb.