DÜNYA

06 Mart

Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini artırır

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı aprel ayında Asiya və Avropa üçün neftin qiymətini bahalaşdırıb.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Arab Light"ın Asiya üçün rəsmi satış qiyməti 2,5 dollar bahalaşıb.

Eyni zamanda, Səudiyyə Ərəbistanının dövlət şirkəti olan "Saudi Aramco", aprel ayında şimal-qərbi Avropaya nəql etdiyi neftin qiymətini bir barel üçün 1 dollar artırıb.