DÜNYA

03 Mart

Türkiyə və BƏƏ arasında ticarət dövriyyəsi 25 mlrd. dollara çıxacaq

Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin 5 il ərzində 25 milyard dollara çıxacağı gözlənilir.

Fins.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə - Birləşmiş Ərəb Əmirlikləri Azad Ticarət Sazişinin imzalanma mərasimi zamanı bildirib.

O qeyd edib ki, imzalanan Azad Ticarət Sazişi iki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətlərini asanlaşdıracaq.