"Ukraynada bu il taxıl yığımı təxminən 38 milyon ton təşkil edəcək ki, bu da ötən illə müqayisədə 27,4% azdır".
Fins.Az xəbər verir ki, bu barədə Rusiyada Qış Taxıl Konfransında ProZerno Analitik Mərkəzinin baş direktoru Vladimir Petriçenko bildirib.
"Ukraynada ötən il yığılan taxıl 52,4 milyon ton təşkil edib, 2023-cü ildə isə 38 milyon ton təşkil edəcəyi gözlənilir", - deyə Petriçenko vurğulayıb.
Məlumata görə, bu il fevralın 22-nə Ukrayna artıq 30,8 milyon ton taxıl ixrac edib.