DÜNYA

03 Mart

Dünyada qazma qurğularının sayı 13%-dən çox artıb

Bu ilin fevralında dünyada neft və qazın hasilatı üçün quraşdırılmış işlək qazma qurğularının sayı illik müqayisədə 222 vahid və ya 13,1% artaraq, 1 921-ə çatıb.

Bu barədə Fins.Az Baker Hughes" neft-qaz servis şirkətinə istinadən xəbər verir.

Məlumata görə, aylıq müqayisədə qazma qurğularının sayı 22 vahid və ya 1,2% artıb.

©apa