BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü ilə bağlı paylaşım edib.
Fins.Az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:
"Qoşulmama Hərəkatının pandemiyadan sonrakı dünyaya baxışı çox vacibdir, çünki davamlılıq və COVID-dən sonrakı bərpa bir medalın iki üzüdür".