DÜNYA

03 Mart

Korlar bu çip sayəsində görəcək - Mask

İlon Maskın "Nevralink" şirkəti neyroçiplərin insanlarda sınamaq təklifinə rədd cavabı alıb.

Fins.Az xəbər verir ki, milyarderin layihəsinə əsasən, çiplərin insan beyninə yerləşdirilməsi sayəsində ayaqları iflic olunmuş şəxslər gəzə, korlar isə görə biləcəklər. Bununla belə ABŞ-ın qida və dərmanların (FDA) keyfiyyətinə dair idarəsi onu həyata keçirməkdən imtina edib.

Bu qərar layihənin onlarla problem yaratması ilə izah olunub. Məsələn, səlahiyyətlilər litium batareyası və kiçik tellərin beynin digər sahələrinə daxil ola biləcəyi ehtimalından qorxurlar. Rəhbərlik həm də çipləri beyin qabığına zərər vermədən çıxartmaq mümkün olub-olmaması barədə narahatdır. (publika)

©Milli.Az