DÜNYA

02 Mart

Rusiyada işsizlərin sayı azaldı

Rusiyada bu ilin yanvar ayında işsizlik səviyyəsi 3,7%-dən 3,6%-ə enib.

Fins.Az xəbər verir ki, bu barədə ölkənin Statistika Xidməti (Rosstat) məlumat yayıb.

Məlumata görə, yanvarda ölkədə işsizlərin ümumi sayı 2,7 milyon nəfər təşkil edib. Hesabat dövründə 15 yaşdan yuxarı olan işçi qüvvəsi 75,6 milyon nəfər təşkil edib.