DÜNYA

02 Mart

Almaniyada inflyasiya yüksəlib

Almaniyada ötən ay inflyasiya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb.

Fins.Az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında deyilir.

Məlumata görə, ötən ay ölkədə ərzaq inflyasiyası illik ifadədə 21,8% sürətlənib. Eyni zamanda, ölkədə enerji qiymətlərinin artımı yavaşlayıb. Bildirilib ki, Avropanın ən böyük iqtisadiyyatında qiymət artımının davam etməsi Avropa Mərkəzi Bankının əsas faiz dərəcəsini artırmaq qərarına ciddi təsir göstərəcək.