DÜNYA

02 Mart

Rusiyanın xarici borcu son 3 ildə ilk dəfə azalıb

Rusiya Federasiyasının ötən il xarici dövlət borcunun həcmi 4,039 trilyon rubla qədər azalıb.

Fins.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın ötən il xarici dövlət borcunun həcmi son üç ildə ilk dəfə azalıb.

Məlumata görə, 2019-cu ildə ölkənin xarici dövlət borcunun həcmi 3,395 trilyon rubla, 2020-ci ildə 4,189 trilyon rubla, 2021-ci ildə 4,435 trilyon rubla çatıb. Eyni zamanda, ötən il ölkənin ümumi dövlət borcunun həcmi 22,82 trilyon rubl təşkil edib və onun ÜDM-də payı 1 faiz bəndi azalaraq 17,1% təşkil edib.