Ermənistanla Türkiyə arasında 2022-ci ildə ticarət dövriyyəsi 324,5 milyon ABŞ dolları məbləğində olub.
Fins.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.Məlumata görə, ötən il Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artaraq 61,2 milyon ABŞ dollarına, Türkiyədən idxal isə 3,6 dəfə artaraq 263,3 milyon ABŞ dollarına çatıb.
Əlavə edək ki, Ermənistanda Türkiyə mallarına qoyulan sanksiyalar aradan qaldırıldıqdan sonra iki ölkə arasında ötən il ticarət dövriyyəsi 4,4 dəfə artıb.