DÜNYA

02 Mart

Avropada təbii qaz 4%-dən çox bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 530 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

Fins.Az xəbər verir ki, 1 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 533,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (511,5 dollar) ilə müqayisədə 4,3% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

©apa