Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya neft ehtiyatları 1 165 min barel artaraq, 480 207 min barel təşkil edib.
Fins.Az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 457 min barel artacağını proqnozlaşdırırdı.
Onu da əlavə etmək lazımdır ki, ABŞ-ın kommersiya neft ehtiyatları ardıcıl olaraq 10 həftədir ki artır.
ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
©apa