Qazaxıstanda ötən ay inflyasiya illik ifadədə 21,3% təşkil edib. Halbuki, bu göstərici yanvar ayında 20,7% səviyyəsində olub.
Fins.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Strateji Planlaşdırma və İslahatlar Agentliyinin Milli Statistika Bürosu məlumat yayıb.
Hesabat dövründə ölkədə ərzaq məhsullarının qiymətləri 26,2%, qeyri-ərzaq məhsullarının qiymətləri isə 20,5% artıb.