Türkiyənin Kahramanmaraş vilayətinin Ekinözü rayonunda zəlzələ baş verib.
Fins.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, sözügedən ərazidə zəlzələ 4,4 bal gücündə qiymətləndirilib.
Hadisə yerli vaxtla saat 05:23-də qeydə alınıb.