DÜNYA

01 Mart

Ukrayna Rusiya ilə bu sazişə son qoydu

Ukrayna Nazirlər Kabineti fevralın 28-də Rusiya Federasiyası ilə dövlət sərhədindən buraxılış məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq haqqında sazişə xitam verib.

Fins.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

"Ukrayna Nazirlər Kabineti ilə Rusiya Federasiyası Hökuməti arasında 18.10.2011-ci il tarixində Donetskdə Ukrayna-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafı sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş ləğv edilib", - Taras Teleqram hesabında qeyd edib.