Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqust ayının minimum göstəricisinədək enərək, 515 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Fins.Az xəbər verir ki, 28 fevral tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 514,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (519,7 dollar) ilə müqayisədə 1% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
©apa