Rusiyada ötən il avtomobil istehsalı 620 min ədəd təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 60% azdır.
Fins.Az xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət nazirinin müavini Albert Kərimov Kərimov bildirib.
Məlumata görə, ötən il Rusiya Federasiyasında minik avtomobillərinin istehsalı 2021-ci illə müqayisədə 67% azalaraq 450 min ədəd təşkil edib. Hesabat dövründə yük avtomobillərinin istehsalı isə 24,3% azalaraq 141 min ədədə enib.