"Tesla", "SpaceX" və "Twitter" şirkətlərinin rəhbəri İlon Mask yenidən dünyanın ən varlı adamı olub.
Fins.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Maskın sərvəti 187,1 milyard dollar yüksəlib.
Məlumata görə, Mask sərvəti 185,3 milyard dollar olan "LVMH" şirkətlər qrupunun prezidenti Bernard Arnonu geridə qoyaraq, yenidən dünyanın ən varlı adamı olub. Bildirilib ki, "Tesla" şirkətinin səhmlərinin 70% bahalaşması Maskın sərvətinin artmasına səbəb olub.