DÜNYA

28 Fevral

Çində güclü iqtisadi canlanma neft qiymətlərini bahalaşdırıb

Çində güclü iqtisadi canlanmanın yanacağa tələbi artıracağına dair ümidlər neft qiymətlərini bahalaşdırıb.

Fins.Az xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 14 sent artaraq 82,59 ABŞ dollarına çatıb.

WTI markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 17 sent artaraq 82,21 ABŞ dolları olub.