DÜNYA

24 Fevral

G7 Ukraynaya iqtisadi dəstəyi 39 mlrd. dollara çatdırır

"G7" ölkələrinin maliyyə nazirləri Ukraynaya iqtisadi dəstəyi bu il üçün 39 milyard dollara qədər artırıldığını açıqlayıblar.

Fins.Az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət "G7" ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərləri birgə bəyanatla çıxış ediblər.

"Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, biz 2023-cü il üçün büdcə və iqtisadi dəstək öhdəliyimizi 39 milyard dollara qədər artırdıq", - bəyanatda deyilir.