Volodimir Zelenski Rusiya işğalının başlanmasının ildönümü münasibətilə Ukrayna xalqına müraciət edib.
Fins.Az Mİlli.Az-a istinadən xəbər verir ki, 15 dəqiqəlik videoçarxda Ukrayna prezidenti müharibə ilinin əsas hadisələrini sadalayıb və sonda bu il qalib gəlmək üçün hər şeyi edəcəyinə söz verib.
Zelenskinin çıxışından əsas tezisləri təqdim edirik:
"Bizə 3 gün vaxt verildi, amma bir ildir mübarizə aparırıq".
"Bütün dünya başa düşdü ki, Ukrayna müqavimət göstərə bilər"
"Avqustdan bəri RF Silahlı Qüvvələri bir dənə də böyük şəhəri ələ keçirməyib"
O, həmçinin hərbçilərə, diplomatlara və müttəfiqlərə təşəkkür etməyi də unutmayıb.