DÜNYA

24 Fevral

\"Morgan Stanley\" qlobal neft tələbi ilə bağlı proqnozunu artırıb

"Morgan Stanley" investisiya bankı bu il üçün qlobal neft tələbi ilə bağlı proqnozunu 36% artırıb.

Fins.Az "Oil Price"a istinadən xəbər verir ki, Çindəki iqtisadi bərpa və hava nəqliyyatına tələbin artması neft tələbinə təsir edəcək.

İnvestisiya bankı bu il neft tələbinin gündəlik 1,9 milyon barel artacağını proqnozlaşdırır. Bununla belə, neft bazarları bu ilin ikinci yarısında qıtlıqla üzləşə bilərlər. Eyni zamanda, bank bu ilin ikinci yarısında "Brent" markalı neftin bir barelinin qiymətinin 100-110 dollara çatacağını gözləyir.