Qlobal borc 2022-ci ildə illik müqayisədə 4 trilyon dollar azalaraq 299 trilyon dollara enib.
Fins.Az Beynəlxalq Maliyyə İnstitutunun (IIF) "Qlobal borc monitorinqi" hesabatına istinadən xəbər verir ki, bu azalma 2015-ci ildən bəri qeydə alınan ilk illik azalmadır.
Hesabata görə, qlobal borcun ölkələrin ümumi ÜDM-nə nisbəti 12 bənd azalaraq 338% təşkil edib.
Qeyd edilib ki, inkişaf etməkdə olan ölkələrin borcu 98 trilyon dollarla yeni rekorda imza atıb. Borclarının ən çox artdığı ölkələr Hindistan, Meksika, Rusiya, Sinqapur və Vyetnam olub. İnkişaf etmiş ölkələrin ümumi borcu isə 2022-ci ildə 200,8 trilyon dollar olaraq hesablanıb.