Gələn bazar ertəsi Fransanın bəzi bölgələrində su istehlakına məhdudiyyətlər tətbiq oluna bilər.
Bunu Fransanın ətraf mühit naziri Kristof Beşu bildirib.
Fins.Az oxu.az-a istinadən xəbər verir ki, tədbirlər sırasında içməli suyun evlərin çöl divarlarının, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadəsinə qadağa qoyulması, həmçinin suvarma üçün istifadə olunan suyun miqdarının azaldılması da var.
Məlumata görə, bu tədbirlər qışdakı rekord quraqlıqla bağlıdır. Belə ki, Fransanın "Meteo France" meteoroloji xidmətinin məlumatına görə, yanvarın 21-dən etibarən ölkə ərazisində yağıntının miqdarı sutkada 1 mm-dən az olub.
Meteoroloqlar qeyd edirlər ki, ölkədə son 32 gün ərzində əhəmiyyətli yağış yağmayıb ki, bu da 1959-cu ildən bəri ən uzun müddətdir.