DÜNYA

22 Fevral

BVF-in direktoru: \"Ukraynadakı müharibə yerli, regional və qlobal iqtisadiyyat üçün geniş nəticələrə malikdir\"

"Ukrayna yeni proqram çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) dəstək ala bilər və bu il ölkə iqtisadiyyatında tədricən canlanma gözlənilir".

Fins.Az xəbər verir ki, bu barədə qurumun direktoru Kristalina Georgiyeva bəyan edib.

Onun sözlərinə görə, Ukrayna iqtisadiyyatı çox böyük çətinliklərə baxmayaraq, işlək bir vəziyyətdədir: "Belə ki, ölkədə mağazalar fəaliyyət göstərir və xidmətlər göstərilir. Ukraynadakı müharibə yerli, regional və qlobal iqtisadiyyat üçün geniş nəticələrə malikdir".