Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" Çində gözləniləndən daha güclü iqtisadi bərpanın qlobal iqtisadi artıma da fayda verəcəyini bildirib.
"Fitch"-in verdiyi açıqlamada, səlahiyyətlilərin "sıfır Kovid-19" siyasətindən imtina etməsindən sonra Çin iqtisadiyyatına dair 2023-cü il üçün artım proqnozunun 4.1%-dən 5%-ə yüksəldiyi xatırladılıb.
Açıqlamada vurğulanıb ki, 2021-ci ildə qeydə alınan 8.4%-lik artım kimi güclü canlanma gözlənilmir, çünki qlobal sərt pul-kredit siyasəti Çin ixracatına tələbi sıxır və ölkədə makroiqtisadi siyasətin yumşaldılması gözlənilmir