Türkiyənin Hatay əyalətində baş verən zəlzələdə 6 nəfər ölüb, 562 nəfər yaralanıb.
Fins.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, fevralın 20-də Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.