DÜNYA

20 Fevral

Ukrayna müharibəsi Almaniya iqtisadiyyatına 100 mlrd. avro ziyan vurdu

Ukrayna müharibəsi nəticəsində enerji qiymətlərinin artması Almaniya iqtisadiyyatının 100 milyard avro itirməsinə səbəb olub.

Fins.Az xəbər verir ki, bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratşer məlumat açıqlayıb.

Onun sözlərinə görə, yüksək enerji xərcləri növbəti 10 il ərzində Almaniya iqtisadiyyatının mənfi cəhəti olaraq qalacaq: "Almaniya iqtisadi cəhətdən böhrandan ciddi təsirləndi, çünki ölkə, Rusiya enerjisindən daha çox asılıdır".