ABŞ dollarının beynəlxalq hesablaşmalarda xüsusi çəkisi ötən ay 1,77 faiz bəndi azalaraq 40,12% təşkil edib.
Fins.Az xəbər verir ki, bu barədə "SWIFT" beynəlxalq banklararası ödəniş sistemi məlumat açıqlayıb.
Məlumata görə, ötən ilin fevralında ABŞ valyutası beynəlxalq hesablaşmaların 38,85%-ni təşkil edib, mart ayında dolların payı artaraq 41,07%-ə çatıb. Buna baxmayaraq, ABŞ dolları beynəlxalq hesablaşmalar üçün ən populyar valyutaların reytinqində lider mövqeyini qoruyur.
Beynəlxalq sistemə əsasən, avro ötən ay bu siyahıda ikinci, Britaniya funt sterlinqi isə üçüncü olub.