Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirib.
"Türkiyə, tək ürək" adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım yekunlaşıb.
Fins.Az xəbər verir ki, kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə vəsait toplanıb.
Ümumilikdə isə 9 milyon 10 min SMS göndərilib.
Toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürüləcək.