ABŞ-da inflyasiya ötən ay illik ifadədə 6,5%-dən 6,4%-ə enib.
Fins.Az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamenti məlumat açıqlayıb.
Məlumata görə, ABŞ-da aylıq inflyasiya 0,5% artıb.
Əlavə edək ki, ötən ilin iyun ayında ABŞ-da illik inflyasiya son 40 ilin maksimumuna - 9,1%-ə çatıb.