DÜNYA

13 Fevral

Avropa enerji böhranına 800 milyard avro xərclədi

Avropanın enerji böhranı ilə bağlı xərcləri 800 milyard avroya çatıb.

Bu barədə "Fins.az" "Reuters"ə istinadən xəbər verir.

Avropa İttifaqı ölkələri hazırda enerji böhranına 681 milyard avro ayırıb. Məlumata görə, İngiltərə böhrana 103 milyard avro, Norveç isə 8,1 milyard avro ayırıb. Almaniya böhrana təqribən 270 milyard avro ayıraraq, bu siyahıya başçılıq edir.

Ölkələrin enerji böhranına ayırdıqları xərclər Avropa İttifaqının 750 milyard avroluq COVID-19 bərpa fondu ilə eyni səviyyədədir.