DÜNYA

10 Fevral

ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar yardım ayıracaq

ABŞ 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyaya əlavə 85 milyon dollar vəsait ayıracaq.

Fins.Az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) məlumatında deyilir.

Məlumata görə, zəlzələdən zərər çəkmiş Türkiyə və Suriyaya təcili humanitar yardım ehtiyacları çərçivəsində əlavə 85 milyon dollar yardım göstəriləcək.