Moldovanın Baş naziri Natalya Qavrilitsa istefa verdiyini bəyan edib. O, qərarının səbəblərini açıqlamayıb. Fins.az bu barədə Natalya Qavrilitsanın mətbuat-konfransına istinadla xəbər verir.
Baş nazir qeyd edib ki, fəaliyyəti dövründə onun rəhbərlik etdiyi hökumət Dnestryanı bölgədə sakitliyi qoruyub saxlaya bilib, qaçqın böhranı və qaz problemini həll edib, maaşları qaldırıb, Avropaya inteqrasiya məsələsində irəliləyişə nail olub.
Natalya Qavrilitsa ölkə vətəndaşlarını Avropaya inteqrasiya kursunu və demokratik dəyərləri davam etdirməyə çağırıb.